330x100
 

Faiz dəhlizinin aşağı və yuxarı həddi açıqlandı – Mərkəzi Bankdan yeni qərar

30.10.2020,12:43


30 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank faiz dərəcəsinin 6.5%-də dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədi Elman Rüstəmov bu gün keçirdiyi brifinqdə bildirib.

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi də 7% səviyyəsində saxlanıb.

Qeyd edək ki, Mərkəzi Bankın sədri neftin ucuzlaşması və geo-siyasi risklər faizin azaldılmasını çətinləşdirdiyini vurğulayıb.