Bankların kredit portfelində və kreditlərində pisləşmə var – Səbəb

14:16 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov onlayn mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, E.Rüstəmov pandemiyanın bank sektoruna təsirindən danışıb.

"Pandemiyanın mənfi təsirləri ilə əlaqədar olaraq bankların kredit portfelində, o cümlədən müəyyən dərəcədə istehlak kreditlərində pisləşmə var. Bankların portfelinin vəziyyəti ilə bağlı biz həftəlik monitorinq aparırıq. Biz çox geniş həftəlik monitorinq aparırıq. Situasiya bizim Mart ayındakı proqnozlarımızdan da yaxşıdır. Bank sektorunda ikiqat kapital buferi saxlanılmaqdadır. Biz 9 ayın nəticələri üzrə çox geniş analitik iş aparmışıq, daxili yoxlamalar həyata keçirmişik.  Biz növbəti həftə bu işi yekunlaşdırandan sonra əlavə açıqlamalar verəcəyik. Qeyd edirəm ki, pisləşmə var, bu təbidir” deyə Elman Rüstəmov əlavə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər