Bu kart sahibləri lotoreyada iştirak edəcək – Mərkəzi Bankdan yenilik

14:47 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank yeni lotoreya oyunu keçirəcək.

ABC.AZ ölkənin əsas Bankının yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin noyabr ayında keçiriləcək stimullaşdırıcı lotereya dövründə Azərbaycanda emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər.

Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək.

Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və təhsil kartları da iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər