365 ictimai iaşə obyektində monitorinq keçirildi – Cərimələnənlər var

15:18 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 29 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 365 ictimai iaşə obyektində 611 monitorinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər