330x100
 

Ermənilər 9 şəhər və rayondakı sahibkarlara ziyan vurub – Siyahı

30.10.2020,15:34


30 oktyabr, Fineko/abc.az. İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-ə yaxın sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub.

KOBİA-dan ABC.AZ-a daxil olan məlumata görə, müraciətlər əsasən ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir.

Müəllif: Elmir Murad