330x100
 

Vejnəlidəki qızıllar brend markada istifadə olunurdu – Hikmət Hacıyev

30.10.2020,16:43


30 oktyabr, Fineko/abc.az. İşğaldan azad edilən Zəngilan rayonunun Vejnəli kəndində ermənilər qızıl çıxarılması ilə məşğul olurmuş.

ABC.AZ-ın məlunatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı.

"Bu prosesə “Geo Pro Mining”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks həm də dünyada brend hesab olunan “Frenk Müller” saatlarının istehsalçısıdır. Kəlbəcərdə və Vejnəlidə çıxarılan qızıllar həmin “Frenk Müller” saatlarının işləmələrində istifadə olunurdu. Bu qızıl resursları Ermənistanda saxta sənədləşmədən sonra üçüncü ölkələrə çıxarılaraq satılırdı. Vartan Sirmaks barəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi başlanılıb. Təəssüf ki, Azərbaycanın sorğularına lazımi cavab verilməyib, hüquqi müstəvidə bu məsələ ilə bağlı əməkdaşlıq göstərilməyib" deyə Prezidentin köməkçisi vurğulayıb.