330x100
 

AŞPA-nın komitə sədri Ermənistana çağırış etdi – Mülkilərə raket zərbələri dayandırılmalıdır

30.10.2020,17:01


30 oktyabr, Fineko/abc.az. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib. "Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır.

Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir", - komitə sədri Piyer Alan Fridez qeyd edib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.