330x100
 

Bu küçənin yolları əsaslı təmir olundu – Foto

30.10.2020,17:24


30 oktyabr, Fineko/abc.az. Xəzər rayonunun Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.