“Bakı-Tbilisi-Qars” dəmir yolu ilə Avropa mallarının ilk çatdırılması apreldə həyata keçiriləcək

16:39 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolu ilə 500 konteyner yük göndərilib.

“Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanov deyib ki, bir çox ölkə Bakı-Tbilisi-Qars yolundan istifadə etməkdə maraqlıdır.

“Bakı-Tbilisi-Qars yolu vasitəsilə Türkiyəyə malların çatdırılması üçün Çinin, Orta Asiya ölkələrinin, Türkiyəyə metal və meşə ağaclarını və əks istiqamətdə ərzaq məhsullarını tədarük etmək niyyətində olan Rusiyanın  çox böyük marağı vardır”, - deyə C.Qurbanov bildirdi.

Onun sözlərinə görə, aprel ayının ilk həftəsində Bakı-Tbilisi-Qars xətti ilə Avstriyadan Qazaxıstana yük göndəriləcək. Avropa malları sözügedən marşrut ilə ilk dəfə çatdırılacaq.

 

 

Bütün xəbərlər