Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır

11:20 - 31.10.2020


31 oktyabr, Fineko/abc.az. Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

Bütün xəbərlər