İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edildi

17:44 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Azərbaycan prezidentinin, “Yeni Azərbaycan” iqtidar partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün tələb olunan sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olundu.

MSK-nin məlumatında qeyd edilib ki, sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.

Fevralın 8-də “Yeni Azərbaycan” Partiyasının VI qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmək barədə qərar yekdilliklə qəbul edilmişdir.

 

 

Bütün xəbərlər