Ermənistanda muzdluların döyüşdüyü təsdiqləndi – Hikmət Hacıyevdən paylaşım

10:32 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Prezident köməkçisi Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi barədə paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, Prezidentin köməkçisi xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olmasının “Reuters”in reportajında təsdiqləndiyini vurğulayıb.

"Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçuları Ermənistandadırlar", - deyə o qeyd edib.

 

Bütün xəbərlər