Erməni lobbisi ABŞ-ın qəzetinə qarşı – İndi də onlara təzyiq edirlər

10:58 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Fransanın TF1 kanalına qarşı hücumlardan sonra erməni lobbisi indi də ABŞ-ın "New York Times" qəzetinə qarşı təzyiqlərə başlayıb.

ABC.AZ xəbər verir ki, məsələyə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter səhifəsində münasibət bildirib.

“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi "New York Times"a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını, azad medianı boğmağa çalışırlar.

Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik” - deyə Prezidentin köməkçisi qeyd edib.

 

Bütün xəbərlər