Prezident 3 ölkədən gəlmiş qonaqları qəbul edib

11:15 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 2-də qəbul keçirib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.

 

Bütün xəbərlər