Gürcüstanda bir gündə 7 nəfər virusdan öldü – Tiflis həyəcan təbili çalır

11:49 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Gürcüstanda koronavirusa yoluxanların sayı durmadan artır və son sutkada 1 852 yeni yoluxma qeydə alınıb, 1696 nəfər isə virusdan sağalıb.

ABC.AZ xəbər verir ki, bu gün virusdan 7 nəfərin ölməsi ilə ümumilikdə 342 nəfər həyatını itirib. Bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 42.579 nəfərə çatıb. Onlardan 26.800 nəfəri isə tam olaraq sağalıb. Hazırda ölkə üzrə karantində 2.977 nəfər saxlanılır, 29.876 nəfər isə özünütədric halındadır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər