Doqquz ayda ölkəyə bu qədər əczaçılıq malları gətirilib – Hesabat

11:59 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gətirilmiş əczaçılıq məhsullarının həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 16,9 min ton əczaçılıq məhsulları idxal edilib.

İdxal edilən əczaçılıq məhsullarının dəyəri 271,1 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 207,3 milyon dollarlıq 11,2 min tonadək əczaçılıq məhsulları idxal edilib.

 

Bütün xəbərlər