Azərbaycana gətirilmiş gübrənin həcmi azalıb - 9 ayın nəticələri

12:09 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında (yanvar-sentyabr) ölkəyə gətirilmiş gübrənin həcmi azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycana 274,9 min ton gübrə idxal edilib. İdxal edilən gübrənin dəyəri isə 79,7 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 100,9 milyon dollarlıq 292,3 min ton gübrə idxal edilib.

 

Bütün xəbərlər