Kaliforniyada erməni terroruna etiraz – Foto

12:31 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. ABŞ-ın Kaliforniya ştatındakı azərbaycanlı icmasının təşkilatçılığı ilə erməni terroruna etiraz yürüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, San-Fransisko şəhərinin Kolumbus prospektindən (Kolumbus Avenyu) başlayan yürüşdə həmvətənlərimiz əllərində Azərbaycan bayraqları və “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!” şüarları yazılmış plakatlar tutaraq, ətrafdakıların diqqətini erməni terroruna yönəldiblər. Soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə, erməni terroruna göz yummamağa çağırıblar.

 


Bütün xəbərlər