Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir – İlham Əliyev

16:15 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin başçılıq eydiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, münaqişə hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq:

“Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq".

 

Bütün xəbərlər