Daha bir neçə kənd azad olundu – Prezidentdən yeni tvitt

16:23 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tvitterdə paylaşım edib.

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" -dövlət başçısının paylaşımında qeyd olunub.


Bütün xəbərlər