330x100
 

Yüksək Texnologiyalar Parkında yeni kadrlar – Direktora iki müavin təyin olundu

02.11.2020,16:58


2 noyabr, Fineko/abc.az. AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni vəzifə təyinatları olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin 30 oktyabr tarixində keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, Nəsibov Zahir Xanoğlan oğlu və Nehmətov Zaur Şirəli oğlu YT Parkın direktor müavinləri təyin olunublar.