Azərbaycanda 2700-dən çox yeni iş yeri açılacaq – Detallar

17:06 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Oktyabr ayında İpoteka və Kredit Zəmanət Fondunun (Fond) zəmanəti ilə sahibkarlar 58,6 milyon manatdan çox kreditlər verilib.

Fonddan ABC.AZ-a verilən məlumata görə, bununla da bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 milyon manatı ötüb.

Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5% təşkil edir.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2700-dən çox yeni iş yerinin açılması təmin ediləcək.

Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 milyon manatadək təşkil edib.

 

Bütün xəbərlər