Bu məmulatların idxalı artıb – 9 ayın hesabatı

17:31 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında ölkəyə 647 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 743,3 milyon ABŞ dollarından çox olub.

Müqayisə üçün qeyd edək ki,  2019-cu ilin eyni dövründə 737,3 milyon dollarlıq 636 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

 

Bütün xəbərlər