Düşmən dövlət sərhədimizi atəşə tutub – Nazirlik

10:04 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

ABC.AZ bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub", - məlumatda deyilir.

 

Bütün xəbərlər