Düşmən mövqelərindən sıxışdırılır – Nazirlik

10:28 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir.

Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.

 

Bütün xəbərlər