Düşmənin fosfor bombası istifadə etdiyi təsdiqləndi

10:37 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi bir neçə müddətdir ki, Ermənistan döyüşlərdə fosfor bombasından istifadə edir.

ABC.AZ-ın məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında oktyabrın 8-də işğalçı Ermənistan tərəfindən Füzuli rayonuna atılan fosfor bombasının zərərsizləşdirilmə kadrlarının yer aldığı video paylaşıb.

“8 oktyabrda Ermənistan tərəfindən Füzuli bölgəsinə atılan fosfor mərmisinin zərərsizləşdirilməsi. Mülki obyektlərə aktiv şəkildə fosfor bombaları yağdıran Ermənistanın Azərbaycanı ittiham etməsi günahı başqasının boynuna atmaq və məsuliyyətdən qaçmaq taktikasıdır”, - deyə Hikmət Hacıyev qeyd edib.

 

Bütün xəbərlər