WhatsApp-dan yeni funksiya – Silinmiş mesajlar geri qaytarılacaq

10:59 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. “WhatsApp"da daha bir maraqlı funksiya yaradılıb.

ABC.AZ-ın məlumatına görə, bundan sonra silinmiş mesajları göndərmək mümkün olacaq.

Proqramın tərtibçiləri bildirib ki, ötən ildən etibarən “WhatsApp” müəyyən bir müddətdən sonra mesajları avtomatik olaraq silən yeni xüsusiyyət üzərində işləyir.

“Yoxa çıxan mesajlar” adı verilən bu funksiya “WhatsApp”a çox yaxında əlavə olunacaq. Şirkətdən bu seçimin mesajlaşmada necə tətbiq ediləcəyi də izah edilib. Bildirilir ki, istifadəçilərə qrup və ya fərdi söhbət tarixindən mesajları yeddi gündən sonra silmək üçün müstəqil ayarlama imkanı veriləcək. Onlar həm göndərəndən, həm də göndərilən ünvandan yox olacaq. Bu funksiya aktivləşdirmədən əvvəl göndərilən mesajlara təsir göstərməyəcək. Bundan əlavə, istifadəçi yeddi gün ərzində “WhatsApp”ı açmasa da, mesaj yeddi gündən sonra silinəcək. Bununla belə mesaj “WhatsApp” açılana qədər bildiriş siyahısında görünə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər