Azərbaycan Mərkəzi Bankı kripto-valyuta ilə ehtiyatlı olmağı tövsiyə edir

12:39 - 12.02.2018


12 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı kripto-valyutanın istifadəsində ehtiyatlı siyasət aparmaqda davam edir.

AMB-nın  İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, kripto-valyuta dəyişkən alətdir.

“Buna görə də mən, kripto-valyutadan istifadə etməkdə ehtiyatlı olmağa çağırıram. Bu, olduqca riskli əməliyyatlardır, çünki kripto-valyutanın nə hüquqi bazası, nə də idarəetmə orqanı var”, - bunu E.Rüstəmov deyib.

 

 

Bütün xəbərlər