İtkilərini ört-basdır etməyə çalışan düşmən yeni yalanlar uydurur – Nazirlikdən açıqlama

14:05 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə məlumat ABC.AZ-a Müdafiə Nazirliyindən daxil olub.

Qeyd olunub ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

 

Bütün xəbərlər