Onlara cinayət işi açıldı – Qarabağda terror təşkilatı yaradıblar

14:29 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Ermənistanın vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistanın kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələrinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, Vladimir Vartanov və digərlərinin Azərbaycana və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat  təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini "VoMa"nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək "Dağ-atıcı ehtiyat batalyonu"nun ("VoMA batalyonu")  tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib. Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanılıb.

 


Bütün xəbərlər