Neft Fondu Seuldakı daşınmaz əmlakını satdı – 521,5 milyarda

15:06 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF), Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsi 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satıb.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olmuş və alınma tarixindən ARDNF sözügedən investisiyadan sabit icarə gəlirləri əldə etdib.

"ARDNF qeyd edilən daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın alıb.

Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4%, qiymət artımından gəlirlilik 4,8% olmaqla ümumi gəlirlilik 36,2% olub" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər