Doqquz ayda ən çox ixrac olunan qeyri-neft məhsulları – Siyahı

15:18 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayı dərc olunub.

ABC.AZ-ın məlumatına görə, bu sayda 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısı verilib.

Siyahıya 167,8 milyon ABŞ dollar dəyərində ixracla pomidor başçılıq edir. İkinci yerdə qızıl qərarlaşıb.

Qızıl sözügedən dövrdə 150 milyon ABŞ dolları dəyərində ixrac edilib.

Üçüncü isə 82,7 milyon ABŞ dollarlıq ixracla pambıq mahlıcı olub.

 

Bütün xəbərlər