Füzuli rayonunda fosforlu silahın 3 mərmisi tapılıb – Hikmət Hacıyev

15:22 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə H.Hacıyev Ermənistanın öz arsenalında olan ağ fosforlu silahlardan geniş şəkildə istifadə etməyə başladığını qeyd edib.

O bildirib ki, bu yaxınlarda Füzuli rayonunda fosforlu silahın 3 mərmisi tapılıb və ANAMA tərəfindən zərərsizləşdirilib: “Bu mərmilər partlamır, torpağı dəlib içəri girirlər. Fosforlu silahlar tənəffüs yolları ilə bədənə daxil olaraq zəhərləyir, dəriyə toxunduqda sümüyə kimi yandıra bilirlər. Ermənistan bundan öncə də ballistik raketlər və ağır artilleriyadan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edib. Azərbaycanın Gəncə, Bərdə, Naftalan, Tərtər və digər rayonlarına Ermənistan tərəfindən raket atılıb".

 

Bütün xəbərlər