Ermənistan Azərbaycana qarşı hibrid müharibəyə başlaya bilər – Açıqlama

15:25 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başlamaq niyyəti barədə məlumatlar daxil olub.

ABC.AZ-ın məlumatına görə, bunu hazırda keçirilən brifinqdə Prezidentin köməkçidi Hikmət Hacıyev qeyd edib.

O bildirib ki, Ermənistan assimetrik, yəni terror vasitəsilə aparılan müharibəyə başlamağa hazırlaşır.

"Ermənistan tərəfindən Azərbaycana qarşı belə planlar və niyyətlər var. Xaricdə olan vətəndaşları xüsusilə diqqətli olmağa çağırırıq. Azərbaycan brendini daşıyan şirkətlərə qarşı terror aktları ola bilər”.

 

Bütün xəbərlər