Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb – Hikmət Hacıyev

15:39 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan dəstəyi də Prezident İlham Əliyevin bildirdiyi kimi uzun illər ərzində qurulan diplomatik münasibətlərin nəticəsidir.

ABC.AZ-ın məlumatına görə, bunu biraz əvvəl bitən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb.

"Buna cavab olaraq Prezident İlham Əliyev sentyabrın 27-dən noyabrın 2-dək beynəlxalq və nüfuzlu media orqanlarına 24-dən artıq müsahibə verib. Bəzi müsahibələr bir və ya iki saat davam edib. Prezident İlham Əliyev bununla da Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistan rəhbərliyi də cənab Prezidenti imitasiya etməyə çalışır.

Prezident İlham Əliyevin müsahibələrində provokativ suallar da olub. Dövlət başçısı buna baxmayaraq medianın azadlığına hörmətlə yanaşaraq bütün sualları cavablandırıb. Dünya mətbuatında Azərbaycanın haqq savaşını ədalətli, obyektiv yayımlayan media qurumları Ermənistan lobbisi tərəfindən təzyiqlərə məruz qalır və hətta jurnalistləri fiziki məhv etməklə hədələyirlər”.

 

Bütün xəbərlər