Azərbaycan qeyri neft-qaz məhsulları üzrə ən çox ixracı bu ölkələrə edib – Siyahı

16:13 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 milyon ABŞ dolları) ixrac edilib.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında əksini tapıb.

Sözügedən dövrdə ölkəmizdən ən çox qeyri neft-qaz məhsulları İsveçrəyə ixrac olub.

Bu ölkəyə ixracın dəyəri 27,8 milyon ABŞ dolları təşkil edib. Növbəti sırada 25,1  milyon ABŞ dollarlıq ixracla Türkiyəyə, 7,6 milyon ABŞ dollarlıq ixracla Gürcüstana və 6,9 milyon ABŞ dollarılıq ixracla İran gəlir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər