Azərbaycan xaricə sürtkü yağları ixrac edə bilər – Məsələ müzakirə olunub

16:21 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) müəssisənin Ekspertlər Şurasının katibi və Müşahidə Şurasının üzvü, Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə xüsusi təyinatlı sürtkü materiallarının hazırlanmasının mövcud vəziyyəti, istehsalının təşkili və perspektivləri müzakirəsi olunub.

Həmçinin müdafiə sənayesində istifadə olunan xüsusi təyinatlı sürtkü yağlarının digər ölkələrə ixracının təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər