Ötən ay qeyri-neft sektoru üzrə ən çox ixrac olunan malların adı açıqlanıb – Qızıl birincidir

16:31 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. 2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl 25,8 milyon dollar dəyərində ixracla birinci yerdə qərarlaşıb.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında əksini tapıb.

Qeyd olunub ki, bu dördə 9,3 milyon ABŞ dolları dəyərində ixracla elektrik enerjisi ikinci sıradadır. Üçüncü pillədə isə 8,3 milyon ABŞ dolları ilə qabığı təmizlənmiş meşə fındığı  qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər