Ermənistanın tank taborunun komandiri məhv edildi – Nazirlik

17:03 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

 

Bütün xəbərlər