Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib

20:16 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib. Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib. Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik. https://www.youtube.com/watch?v=Sldefz-nNjA&feature=youtu.be
Bütün xəbərlər