Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”

21:52 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib. Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.  Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.
Bütün xəbərlər