Ermənistan ordusu Tərtərin bu kəndlərini atəşə tutur – Siyahı

09:59 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

ABC.AZ bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür", - deyə məlumatda belə qeyd olunub.

 

Bütün xəbərlər