Bakının “qara” valyuta bazarında dollar yenidən ucuzlaşdı

12.02.2018,14:42


12 fevral, Fineko/abc.az. Bu gün paytaxtın “qara” valyuta bazarında dolların qiyməti düşdü.

Amerika dollarının alışı 1,6950 manatdan 1,6970 manata kimi bahalaşsa da, satışı 1,7000 manatdan 1,6990 manata düşüb.

Avro bahalaşıb. Avronun alışı 2,08 manat olaraq qalıb, satışı isə 2,10 manatdan 2,11 manata yüksəlib.

Rublun alışı  0,0290 manatdan 0,0283 manata, satışı 0,0295 manatdan 0,0286 manata düşüb, bununla da manata nisbətdə 3% sabitləşib.

 

 

Açar sözlər: Qara bazar dollar