Mərkəzi Bank sığortaçı axtarır

11:02 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Mərkəzi Bank əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədləri noyabrın 25-i, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər Mərkəzi Bankın Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər.

Təkliflərə dekabrın 4-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

 

Bütün xəbərlər