Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik – İlham Əliyev

11:11 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı sözlərinə belə davam edib: "Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir".

 

Bütün xəbərlər