330x100
 

Nailiyyətlərimiz yekun nəticənin daha möhtəşəm olacağına əminlik yaradır – Ramil Usubov

04.11.2020,11:54


4 noyabr, Fineko/abc.az. 17 il  ərzində görülən işlərin bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur.

ABC.AZ-ın məlumatına görə, bunu Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır.

R.Usubovun sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi: "28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu və bu proses inamla davam edir".