İlham Əliyev savaşın hazırlığına 17 il öncədən başlayıb – General

12:08 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

R.Usubov bu illər ərzində görülən işləri təffərrüatı ilə açmasa da bəzi nüanslara toxunub: "Mən 17 il ərzində görülən işlərin detalları barədə danışmağa, prosesin geniş təfərrüatını açıqlamağa lüzum görmürəm. Bunların bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur - hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də elə hər gün Prezidentin qələbə "tvit”lərində görür, qürurlanırıq”.

 

Bütün xəbərlər