Hərbçilərimiz orada bayraq sancmağa yer tapmadı, çünki salamat bina yox idi – Baş Prokuror

12:15 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Azərbaycan Qoşunları Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilməyib.

ABC.AZ-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev noyabrın 3-də “Reuters” İnformasiya Agentliyinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi: "SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb məktəb binası idi".

 

Bütün xəbərlər