Xocavənd istiqamətində Ordumuz düşmən üzərində ərazi üstünlüyünə malikdir – Nazirlik

14:01 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir.

"Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir" - deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər