Ermənilərin zenit qurğusu da sıradan çıxarıldı - Video

14:13 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=5e1A8yWciKY

Bütün xəbərlər